Naxələf
Mənası: Xələfə (valideynlərə) uyğun olmayan, “zay” deməkdir. Xələf sözünün inkarını bildirən "na" şəkilçisi ilə birləşməsindən əmələ gəlmişdir. Yəni, valideynlərinin əxlaqına, davranışına uymayan, onlara zidd olan, istənilməyən mənada işlənir.
Mənbəyi: Söz iki dildən götürülmüş bir birləşmədir. "Xələf" sözü ərəb mənşəlidir və "varis", "davamçı", "ardıcıll" kimi mənaları vardır. Ancaq burada valideynlərin xüsusiyyətlərinə uyğun gəlməyən, onlara oxşamayan şəxs mənasında işlənir. "Na" isə fars mənşəli bir inkar əlavəsidir və sözün əks mənasını bildirir.