Muşə
Mənası: "Muşə" sözü əsasən Başkeçid və Borçalı bölgələrində işlənən bir dialekt sözüdür. "Fəhlə", "işçi" mənalarında işlənir. Söz, əsasən tikinti işlərində çalışan fəhlələri ifadə etmək üçün istifadə olunur. Misal olaraq, "Öy tikdirəjəm, muşə tutmuşam" ifadəsi Borçalı dialektində "Ev tikdirirəm, fəhlə tutmuşam" mənasını verir.
Bölgə:
- Başkeçid
- Borçalı