dialektlər 1 baxış 0 reaksiya Düzəliş

Pörşələmək

Mənası: Əsasən Ağcabədi, Çənbərək və Kürdəmir bölgələrində işlənən bu feil "pörtmək", "pörtələmək" felinin dialektal variantıdır və ət haqqında işlənir. Kiçik miqdarda ətin qaynar suda və ya digər üsulla bişirilməsini, yəni az ətin bişirilərək yeyilməsini bildirir. Həmçinin, ətin qaynar suya salınıb az müddətə bişirilməsi mənasını da verə bilər. Sözün işlənməsində ətin miqdarının azlığı vurğulanır.

Bölgə:

  • Ağcabədi rayonu
  • Çənbərək rayonu
  • Kürdəmir rayonu

Nümunələr:

  • – Bir az ət vardı, pörşələdik, yedik (Ağcabədi).
  • – Toyuğu kəsib qaynar suda pörşəliy (Ağcabədi).
Söz-söhbət (0)

Bu haqda yaz