etimologiya 0 baxış 0 reaksiya Düzəliş

Zəhri Yarılmaq

Mənası: "Ödü partlamaq" mənasını verir. Zəhr sözü bu ifadədə "öd", "öd kisəsi" mənasında işlənir. İfadə güclü qəzəb, hiddət və ya kədər hissinin ifadəsinə işarə edir, sanki insanın daxili dünyasında bir partlayış baş vermiş kimi.

Mənbəyi: Zəhr sözünün "öd", "öd kisəsi" mənasında işlənməsi türk dillərinin ümumi leksikasına aiddir. Türkmənlərdə öd kisəsi "zəxre" kimi adlandırılır. Bu da sözün türk dilləri içərisindəki qədim köklərini göstərir və onun mənşəyinin bu dil ailəsinə aid olduğunu təsdiqləyir. Sözün "yarılmaq" hissəsi isə Azərbaycan dilinin özündən olan və geniş istifadə olunan bir fellərdir.

Söz-söhbət (0)

Bu haqda yaz