Yəhər
Mənası: Atın, dəvənin və sair heyvanların belinə qoyulan, minən adamın oturduğu əyri taxta və ya digər materialdan hazırlanmış əşya.
Mənbəyi: Qədim mənbələrdə "iyər" (əyər) kimi qeyd olunmuşdur. "İyərqə" sözü isə "əymək" feilindən törəmə olaraq izah edilir. Yəhər sözü "əyri" sözü ilə kökdaşdır və onun fonetik dəyişikliyə uğramış formasıdır. Sözün əsasında əşyanın əyri formasını ifadə edən köklər dayanır.