Uşaq
Mənası: Yetkinlik yaşına çatmamış insan, körpə, balaca insan. Həmçinin, ata-ana və ya qəyyumluq edən şəxsin qayğısına qaldığı və asılı olduğu şəxs. Mənəvi mənada isə, təcrübəsiz, savadı az olan şəxs kimi də istifadə olunur.
Mənbəyi: Sözün etimologiyası qədim türk dillərinə dayanır. "Qədim Türk Lüğəti"ndə uv (измельчать - xırdalamaq, incəltmək) və uvşaq (маленький - balaca) kəlmələrinin olduğu qeyd olunur. Bu, sözün feildən (uv - xırdalamaq, kiçiltmək) törədiyini göstərir. Çağdaş Türkmən dilində də uşamaq (мельчать - xırdalamaq, kiçilmək) feili və uşaq sözünün mənası eyni şəkildə istifadə olunur. Bu oxşarlıqlar sözün kökünü qədim türk dillərinə aparıb çıxarmağa imkan verir. Sözün əsas mənası "kiçik olan", "incə olan" olmaqla "uşaq" mənasına köçüb.