etimologiya 1 baxış 0 reaksiya Düzəliş

Tüpürmək

Mənası: 1. Ağızdakı tüpürcəyi güclə xaricə atmaq, atmaq hərəkəti.

Mənbəyi: Sözün əsli “tükürmək”dir. Bu forma öz növbəsində “tökmək” felindən törəmişdir. “Tökmək” felinin mənası maye və ya xırda şeyləri bir yerdən digərinə axıdmaq, töküb boşaltmaqdır. Beləliklə, “tükürmək” sözü ağızdakı mayeni (tüpürcəyi) xaricə tökmaq mənasını daşıyır. Məhəmməd Kaşğarinin "Divanü lüğət-it-türk" əsərində külək, tufan mənasını verən "tüpi" sözü qeyd olunmuşdur (bu söz müasir Azərbaycan dilində də işlənir). Bu da sözün kökünün daha geniş bir məna dairəsinə malik olduğunu göstərir. "Tüpürmək" isə "tükürmək" sözünün fonetik dəyişikliyə uğramış formasıdır.

Söz-söhbət (0)

Bu haqda yaz