Təkəbbür
Mənası: Özünü böyük tutma, özünə həddindən artıq qiymət vermə, təkəbbürlük, lovğalıq. Qürur və təkəbbürün fərqi ondadır ki, qürur özünə inamdan, öz qabiliyyətlərinə inanmaqdan qaynaqlanır, təkəbbür isə əslində özünə inamsızlıqdan irəli gələn bir özünü aldatma, başqalarına nəzərən özünü üstün göstərmək cəhdidir.
Mənbəyi: Sözün etimologiyası əsasən ərəb dilinə dayanır. Kəbir, kübra, əkbər kimi sözlərlə qohumdur. Bu sözlər "böyük", "əzəmətli" mənalarını ifadə edir. Təkəbbür isə bu kökdən törəyərək “özünü böyük tutan” mənasını qazanmışdır. Beləliklə, sözün əsas mənası özünü həddən artıq böyük hesab etmə, özünü digərlərindən üstün tutmaqdan irəli gəlir.