etimologiya 2 baxış 0 reaksiya Düzəliş

Sendviç

Mənası: İki dilim çörək arasında ət, pendir, tərəvəz və sair kimi müxtəlif qidalardan ibarət yemək növü. Adətən tez və asan hazırlanan səyyar yemək kimi qəbul edilir.

Mənbəyi: Sözün etimologiyası İngiltərənin Kent qraflığında yerləşən Sendviç şəhəri ilə bağlıdır. İngiltərənin ən uzaq cənub-şərq sahillərində yerləşən bu şəhər vaxtilə vacib ticarət limanı və hərbi-dəniz bazası olmuşdur. XVI əsrdə limanın əhəmiyyəti azalsa da, adı yemək mədəniyyətinə daxil olmuşdur. Əfsanələrə görə, IV Sendviç qrafı John Montagu (1718-1792) kart oyunları zamanı əllərini çirkləndirməmək üçün ət və pendiri çörək dilimləri arasında yediyi üçün bu yemək növü onun adını daşıyır. Beləliklə, "sendviç" sözü ingilis dilindən Azərbaycan dilinə keçmişdir.

Söz-söhbət (0)

Bu haqda yaz