Sadizm
Mənası: Fransız sözü olub, qəddarlığa güclü meyil, zövq almaq üçün başqasına ağrı-acı vermək, əzab çəkdirmək mənasında işlənir.
Mənbəyi: Bu söz Fransız dilindən götürülmüşdür. D.Sad (1740-1814) adlı erotik romanlar müəllifinin familiyasından əmələ gəlmişdir. Onun əsərlərində təsvir olunan qəddarlıq və seksual zorakılıq səhnələri sözün mənasının formalaşmasında əsas rol oynamışdır.