etimologiya 1 baxış 0 reaksiya Düzəliş

Nökər

Mənası: Əvvəllər "əməkdaş", "silahdaş" mənalarında işlənən bu söz, zaman keçdikcə məna dəyişikliyinə uğrayaraq fars dilindəki "gəda" sözünün mənasına yaxınlaşmış və xidmətçi, qulluqçu mənasını qazanmışdır. Hazırda daha çox aşağılayıcı mənada, yəni kasıb, çarəsiz, köməksiz kəs mənasında işlədilir.

Mənbəyi: Sözün etimologiyası monqol dilinə dayanır. Monqol dilindəki ilkin mənası "əməkdaş" və ya "silahdaş" olmuşdur. Lakin sonrakı dövrlərdə, dil təmasları nəticəsində, fars dilinin təsiri altında mənası dəyişərək "gəda" mənasına yaxınlaşmışdır. Bu dəyişiklik, sözün sosial kontekstdəki yeri ilə bağlıdır. Yəni, əvvəlcə yoldaş və ya silahdaş kimi başa düşülən söz, daha sonra aşağı sosial təbəqəni ifadə etməyə başlamışdır.

Söz-söhbət (0)

Bu haqda yaz