etimologiya 1 baxış 0 reaksiya Düzəliş

Mulat

Mənası: Ağ dərilinin qaradərili ilə nikahdan kənar əlaqəsindən doğulan övlad. Qarışıq qanlı insan. Rəngi ağ və qara arasında olan insan.

Mənbəyi: Söz ispan dilindən keçmişdir. İspanca mulato sözü mulo sözündən törəmişdir. Mulo isə əslində "qır" mənasını verir və at ilə eşşəyin çarpazlaşmasından yaranan heyvanı bildirir. Metaforik mənada ispan dilində "mulo" qarışıq irqlərin birləşməsini ifadə etməyə başlamış və nəticədə "mulato" sözü ağ və qara irqlərin qarışığından doğulan insanı ifadə etməyə başlayıb. Bu metaforik istifadə, qırın iki fərqli heyvanın qarışığı olması ilə mulatın da iki fərqli irqin qarışığı olmasını əks etdirir.

Söz-söhbət (0)

Bu haqda yaz