etimologiya 1 baxış 0 reaksiya Düzəliş

Mavzoley

Mənası: E.ə. 377-ci ildə Kiçik Asiyanın cənub-şərqini Mavsol adlı bir hökmdar idarə etməyə başlayır. Bu ərazi Kariya adlanırdı. Mavsolun ölümündən sonra, həyat yoldaşı Artemisia II tərəfindən onun şərəfinə Halikarnasda (müasir Bodrum, Türkiyə) inşa edilən möhtəşəm məzar kompleksi. Zamanın ən möhtəşəm abidələrindən biri sayılan bu məzar kompleksi sonralar "dünyanın yeddi möcüzəsindən" biri kimi tanınıb. Termin, ümumiyyətlə, böyük və əzəmətli bir məzarı ifadə edir.

Mənbəyi: Söz, Kiçik Asiyanın Kariya əyalətinin hökmdarı Mavsolun adından götürülmüşdür. Yunancadan (Μαυσωλεῖον - Mausōleion) türk dilinə, daha sonra isə Azərbaycan dilinə keçmişdir. Sözün etimoloji kökü qədim yunan dilinə dayanır və Mavsolun adının latınlaşmış formasından əmələ gəlmişdir.

Söz-söhbət (0)

Bu haqda yaz