etimologiya 0 baxış 0 reaksiya Düzəliş

Qordi Düyünü

Mənası: Yunan mifologiyasına görə, e.ə. IX əsrdə Frigiya çarlığında (Kiçik Asiya) baş verən daxili qarışıqlıq zamanı kahin növbəti çarın örtülü araba ilə gələcəyini və bu arabanı ilk görən şəxsin çar olacağını peyğəmbərlik etmişdir. Bu araba Zeus məbədinə gətirilmiş və arabaya bərkidilmiş mürəkkəb və həll olunmaz düyünə "Qordi Düyünü" deyilirdi. Bu düyünü açan şəxsin bütün dünyanı fəth edəcəyi deyilirdi. İskəndər Zül-qərnəyn bu düyünü kəsərək peyğəmbərliyi öz xeyrinə yerinə yetirmişdir. İndi isə “Qordi düyünü” ifadəsi həll olunması çətin olan, mürəkkəb vəziyyəti, problemini bildirir.

Mənbəyi: İfadə Yunan mifologiyasından, xüsusilə də Frigiya kralı Gordusun adından və onun arabasına bağlanmış düyündən götürülmüşdür. "Qordi" sözü Yunan mənşəli olub, Frigiya kralının adından əmələ gəlmişdir. "Düyün" sözü isə qədim türk dillərindən keçmişdir.

Söz-söhbət (0)

Bu haqda yaz