Xəbər-ətər
Mənası: Bu söz birləşməsi əvvəllər "xəbər-yetər" formasında işlənərək, yetərli məlumat, kifayət qədər xəbər mənasını ifadə edirdi. Zamanla "yetər" sözünün fonetik dəyişikliyə uğraması nəticəsində "ətər" formasını almış və müasir Azərbaycan dilində "xəbər-ətər" şəklində işlənir. Söz birləşməsi yetərli miqdarda məlumatın, xəbərin olmasını bildirir. Əsasən danışıq dilində, daha çox informasiyanın çatışmamazlığı barədə məlumatsızlıq, bilgisizlik ifadə etmək üçün işlədilir.
Mənbəyi: Söz birləşməsinin birinci hissəsi olan "xəbər" sözü ərəb mənşəlidir. İkinci hissə isə, əslində, "ətər" yox, "yetər" olub. "Yetər" sözü isə türk mənşəlidir və "kifayət" mənasını verir. "Xəbər-yetər" kəlməsi zaman keçdikcə fonetik dəyişikliklərə uğrayaraq "xəbər-ətər" formasını almışdır. Bu dəyişiklik, əsasən, "yetər" sözündəki "y" səsini itirməsi və "e" səsinin "ə" səsinə keçməsi ilə əlaqədardır. Beləliklə, sözün etimoloji kökü həm ərəb, həm də türk dillərinə dayanır.