Əkinçi
Mənası: Əsasən "əkinlə məşğul olan şəxs" mənasında işlənir. Ancaq "əkmək" (ikmək) feilinin "çoxaltmaq" mənasını da ehtiva edir. Yəni, əkinçi sadəcə əkən deyil, həm də məhsulu artırmaqla, çoxaltmaqla məşğul olan kəsdir.
Mənbəyi: Sözün kökü "əkmək" (ikmək) felinə dayanır. Uyğur dilində "əkmək" sözü "əlavə etmək" mənasını verir. Bu da əkinçiliyin əsas məqsədi olan məhsuldarlığın artırılması, əlavə məhsul əldə edilməsi ilə bağlıdır. "Çi" şəkilçisi isə fəaliyyət göstərən şəxsi bildirir.