Qırtım
Mənası: Sözün iki əsas mənası vardır:
- Ucar bölgəsində qısaboylu deməkdir.
- Ağdaş bölgəsində isə büzülmüş, yığılmış mənasını verir. "Qırtım olmaq" ifadəsi büzülmək, yığılmaq mənasında işlədilir. Məsələn: "Bu dəri qırtımdır"; "Gün dəymiş dəri kimi nə qırtım olmusan?"
Bölgə:
- Ucar
- Ağdaş