Köşkülləmək
Mənası: Bu söz əsasən Cəbrayıl bölgəsində işlənən bir dialekt sözdür və "bütün bir qab xörəyi tez bir zamanda yemək" mənasını verir. Sözün işlənməsinə dair nümunə cümlə: "Bir qab xörəyi bir dəyqədə köşküllüyüf qutardı". Sözün mənası kontekstdən asılı olaraq "qısa müddətdə bitirmək", "həvəslə yemək" kimi anlamlara da malik ola bilər. Salyan bölgəsində isə "Köşkül olmaq" formasında işlənir və "məyus olmaq" mənasını ifadə edir. Bu isə sözün fərqli bölgələrdə fərqli mənalarda işləndiyini göstərir.
Bölgə: