Əmmələ
Mənası: (Füzuli dialektində) üsul, yol, üsulların hamısı, hər şeyin öz yolu və üsulu var deməkdir. "Hər şeyin bi əmmələsi olu" ifadəsi "Hər şeyin öz yolu, üsulu var" mənasını verir. Söz, işin görülmə üsulunu, həll yolunu bildirir və hər bir işin özünəməxsus tərz, üsul ilə yerinə yetirilməsini vurğulayır. Füzuli dialektində geniş yayılmış və yerli əhalinin gündəlik danışıq dilində işlədilən ifadədir. Sözün etimologiyası ilə bağlı araşdırmalar aparılmaqdadır.
Bölgə:
- Füzuli rayonu və ətraf kəndlər
- Füzuli bölgəsinin dialektinə aid ərazilər