Zozan
Mənası: Sözün iki əsas mənası vardır:
- Göyçay dialektində "çox danışan" mənasında işlənir. Misal üçün: "Deyillər zozandı, danışğandı" ifadəsi "Deyirlər çox danışandır, danışqandır" mənasını verir.
- Zəngibasar dialektində isə "uzun" mənasında işlədilir. Misal olaraq: "Bu zozan arvat kim idi bellə?" ifadəsi "Bu uzun qadın kim idi ki?" mənasını ifadə edir.
Bölgə:
- Göyçay rayonu
- Zəngibasar rayonu