dialektlər 0 baxış 0 reaksiya Düzəliş

Zıxma

Mənası: "Zıxma" sözü Gədəbəy və Tovuz bölgələrində yumruq vurmaq, dürtmək mənasında işlənir. Sözün işlənməsində vurulan zərbənin gücü və təsiri ön plana çıxır. Misallarda olduğu kimi, zərbənin gücü və nəticəsi vurğulanır ("bir il özüŋə gəlməssəŋ", "böyrəyiŋ içərinə düşər"). Bu da sözün sadəcə "yumruq" və ya "dürtmə"dən daha çox təsirli və güclü bir zərbəni ifadə etdiyini göstərir.

Bölgə:

  • Gədəbəy
  • Tovuz

Misallar:

  • “Saña bir zıxma vurram, bir il özüŋə gəlməssəŋ” (Tovuz)
  • “Bir zıxma vurram, böyrəyiŋ içərinə düşər” (Gədəbəy)
Söz-söhbət (0)

Bu haqda yaz