Yönəlgə
Mənası: (İmişli dialektində) Daimi gediş-gəliş yeri. Mütəmadi olaraq gedib-gəldiyi yer, alış-veriş etdiyi, işlədiyi və ya başqa məqsədlərlə tez-tez ziyarət etdiyi yer. Misal üçün: "Ora mənim yönəlgəmdi" ifadəsi həmin şəxsin müəyyən bir yerə tez-tez gedib-gəldiyini bildirir.
Bölgə:
- İmişli rayonu və ətraf kəndlər
- (Əlavə məlumatlar əldə olunduqda buraya əlavə ediləcək)
Qeydlər: Sözün etimologiyası və digər dialektlərdəki mümkün analoqları haqqında əlavə tədqiqat tələb olunur.