Süzeg
Mənası: Sözün iki əsas mənası vardır:
- Quba dialektində aşsüzən, süzgəc mənasında işlənir. Nümunə cümlə: "Dügi quy bir az süzegdə dursun, suyi tükülsün" (Düyu bir az süzgəcdə dursun, suyu tökülsün).
- Yenə Quba dialektində çıraq və ya lampanın işığını artırıb-azaldan hissəni bildirir.
Bölgə:
- Quba rayonu