Sucux
Mənası: Sözün üç əsas mənası vardır:
- Bolnisi və Ordubad bölgələrində qoz, xəmir və sair məhsullardan hazırlanan bir növ xörək adı.
- Borçalı bölgəsində istifadə olunan "sırsıra" sözünün sinonimi olaraq, qışda damdan sallanmış buzlaqları ifadə edir. Misal: "Qışda damnan sucux sallaner".
- Qax və Zaqatala bölgələrində sulu, bataqlıq yeri bildirir.
Bölgə:
- Bolnisi
- Ordubad
- Borçalı
- Qax
- Zaqatala